Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 11-ə, yaralıların sayı isə 135-ə çatıb
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.Hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb, onların arasında 12 azyaşlının olduğu açıqlanıb.
Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko “Telegram”-da paylaşımında bildirib.
Ölənlərin 1-i uşaqdır.
Ukrayna mediasının məlumatına görə, hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.
Həmin zərərçəkənlərdən 5-i uşaqdır.
97 nəfər isə ambulator müalicə üçün evə buraxılıb




