Bölgə xəbərləri

Rusiya vətəndaşlarını Xankəndidən niyə çıxarır? – Asif Nərimanlı

16 fevral / 15:17 2 dəq
Xankendi yenii
16 fevral / 15:17
Burada sizin reklamınız ola bilər

Qarabağa yerləşdirilən Rusiya vətəndaşlarının çıxarılması prosesi gedir: Laçın yolunda aksiyanı başlanmasından sonra 150-dən çox rus bölgədən çıxarılıb;

asif

Rusların Qarabağa yerləşdirilməsi Moskvanın bölgəyə dair planlarından qaynaqlanırdı:

– “rus icması”nı formalaşdırır, bu kartdan istifadə etmək ssenarisini hazırlayır;

– və sülhməramlılarının bölgədə qalma müddətini bu ssenari üzərindən uzadılmasını planlaşdırırdılar;

Çünki erməni əhalisinin Bakı ilə təmaslarının artması perspektivi rusların bölgədə qalmasını da sual altına salır. Moskva separatçılar üzərindən inteqrasiya prosesinə mane olmaqla yanaşı, “rus icması”na alternativ variantdan biri kimi də baxırdı.

İndi rusların geri qaytarılması, proseslərin mümkün inkişafına da diqqət çəkir. Mümkündür ki, Bakı Qarabağda separatizmin ləğvi məqsədilə praktiki addımlar ata bilər, hadisələrin inkişafı da bu yöndədir. Və Moskva prosesin bu istiqamətdə inkişafının önünü kəsə bilməyəcəyini anladığı üçün vətəndaşlarını riskli hesab etdiyi bölgədən təxliyə edir.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər