Rusiya və Belarus XİN başçıları Sergey Lavrovla Sergey Aleynik ölkələrinin xarici siyasət prioritetlərinə dair birgə bəyanat imzalayıblar.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Rusiyalı diplomat Belarusdan olan həmkarı ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.
“Biz gündəlik və sıx qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik. Ölkələrimizin Xarici İşlər Nazirliklərinin kollegiyalarının birgə iclası planlaşdırılır və bu iclas payızda baş tutacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.