Dünya

Rusiya Ukraynaya hücum etdi-6 nəfər öldü

Dünən / 20:27 2 dəq
Rusiya İsgender m
Dünən / 20:27
Burada sizin reklamınız ola bilər

Sutka ərzində Rusiyanın Ukraynanın bir neçə rayonuna hücumları zamanı altı nəfər həlak olub, onlarla insan yaralanıb.

Qerbxeber.com xəbər verir ki, Donetsk vilayətinin Kramatorsk şəhərində çoxmərtəbəli binaya aviabombanın düşməsi nəticəsində biri yeniyetmə olmaqla, üç nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.

Zaporojyeyə zərbə zamanı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zareçnoye qəsəbəsində fərdi ev və qeyri-yaşayış binası dağılıb, yanğın baş verib.

Xersonun Korabelnı rayonunda Rusiya pilotsuz uçuş aparatının zərbəsi bir qadının həyatına son qoyub, bir kişi isə ağır yaralanıb.

Nikolayev rayonunun Voskresensk icmasında hücum və pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 13 yaşlı qız həlak olub, yeddisi 10-16 yaşlı yeniyetmə olmaqla, 9 nəfər xəsarət alıb. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xarkovun Xolodnoqorsk rayonuna pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr zamanı iki nəfər xəsarət alıb.

Paylaş
Burada sizin reklamınız ola bilər