Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək
Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Qeyd edilib ki, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcək.
Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı