Dünya

Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib

10 iyun / 08:28 1 dəq
527feb08 1488 308c a28b c568b35eb3de
10 iyun / 08:28
Burada sizin reklamınız ola bilər

Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Bu barədə “Qərb Xəbər” Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

“50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb”, – açıqlamada bildirilir.

Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.

UNİAN isə hücum zamanı 12 nəfərin yaralandığını xəbər verib.

Paylaş
Burada sizin reklamınız ola bilər