Dünya

Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri barəsində qiyabi həbs qərarı verib

26 mart / 12:05 1 dəq
66027b9af2a6366027b9af2a64171143874666027b9af2a6166027b9af2a62
26 mart / 12:05
Burada sizin reklamınız ola bilər

Rusiya Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk barəsində Krım körpüsündə törədilən terror aktı ilə bağlı qiyabi həbs qərarı verib.

Qerbxeber.com xəbər verir ki, bu qərarı Moskvanın Basmannı məhkəməsi çıxarıb.

Malyuk barəsində qiyabi həbs qərarına səbəb Kiyevin yarımadadakı partlayışda, həmçinin hərbi müxbir Vladlen Tatarski və İlya Kivanın qətlində, eyni zamanda, Zaxar Prilepinin avtomobilinin partlaması və digər terror aktlarında iştirakını təsdiqləməsi olub.

Paylaş
Burada sizin reklamınız ola bilər