Rusiya Federasiyası Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
“Qərb Xəbər” bildirir ki, bununla bağlı müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin verib .
Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv ediləcək.
Rusiya prezidentinin müvafiq fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Sənədə əsasən, Gürcüstan vətəndaşları Rusiya ərazisinə pasportla daxil ola biləcəklər. İstisna Rusiyaya işləmək üçün gələn və ya 90 gündən çox qalmağı planlaşdıran vətəndaşlara şamil edilir.
InterPress.ge