Rusiya Şahin Şıxlinskinin həbs müddətini 31 ilə qaldırır
Azərbaycan diasporunun keçmiş rəhbərinin həbs cəzası uzadılacaq. Prokuror Şahin Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qerbxeber.com bbildirir ki, bu barədə Axar.az “66.ru” -ya istinadən məlumat yayıb.
Məlumata görə, onun oğlu Mutvalı da oxşar ittihamlarla eyni müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Şahin Şıxlinski Yunis Paşayevin sifarişli qətli və iş adamı Fəhruz Şirinovun qətlinə cəhddə təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum edilib.





