Qazaxda bir nəfər bıçaqlanıb
Qazax rayonunda bıçaqlanma hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Şakir Muradov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
Şakir Muradovun yeznəsi tərəfindən bıçaqlandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı