Dünya

Rusiya ordusu Xersonu atəşə tutub, 3 dinc sakin ölüb, 6 nəfər yaralanıb

15 may / 10:38 1 dəq
Ukraynada mulki ehali olduruldu
15 may / 10:38
Burada sizin reklamınız ola bilər

Rusiya Silahlı Qüvvələri ötən gecə Xerson vilayətini atəşə tutub.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

O bildirib ki, son sutka ərzində Rusiya ordusu ümumilikdə 86 hücum həyata keçirib. Ağır artilleriyadan, tanklardan, pilotsuz uçuş aparatlarından və aviasiyadan 381 mərmi atılıb. Nəticədə 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər