Dünya

Rusiya MN “Vaqner” döyüşçülərinə müraciət edib

24 iyun / 10:16 1 dəq
Indir 2023 06 24T101609.578
24 iyun / 10:16
Burada sizin reklamınız ola bilər

Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.

“Qərb Xəbər” xəbər verir ki, müraciətdə vaqnerçilərə silahı yerə qoymağı və dislokasiya yerlərinə qayıtmaq istənilin.

 

“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib.

Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – deyə müraciətdə bildirilib .

Paylaş
Burada sizin reklamınız ola bilər