“Avropa İttifaqı (Aİ) Gürcüstandakı hökumət əleyhinə etiraz aksiyalarını üzv ölkələrin Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir. Hər iştirakçıya 120 avro pul ödənilir”.
Qerbxeber.com RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla jurnalistlər, bloqerlər, IT-mütəxəssislər və əməkçi miqrantlar arasında hökumətin siyasətinə zidd əhval-ruhiyyə formalaşdırılır:
“Bu məqsədlə bloqerlərə 50 min avroyadək vəsaitin ayrılması nəzərdə tutulur. Avropa İttifaqı etirazların aktivləşdirilməsi vasitəsilə Gürcüstanı “demokratiya və Avrointeqrasiya” yoluna qaytarmaq istəyir”.