Dünya

Rusiya iqtisadiyyatında çöküş başladı

27 iyul / 17:58 2 dəq
Kremlin
27 iyul / 17:58
Burada sizin reklamınız ola bilər

Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalar fonunda sabit qalaraq bir çoxlarını təəccübləndirib, lakin üç illik müharibə və Qərb məhdudiyyətlərindən sonra indi çoxsaylı ciddi problemlər özünü göstərir.

Qerbxeber.com bildirir ki, bu barədə Axar.az“Blumberq” agentliyinin məlumatına əsasən xəbər yayıb.

İki trilyon dollarlıq iqtisadiyyatda çatlar artıq tam aydın görünür. Moskva “yağ əvəzinə silah seçir”: dövlətin bütün resursları müharibəyə yönəldiyi halda, mülki iqtisadiyyat tədricən məhv olur. Bu dinamika bu həftə bir daha özünü göstərdi: Putin ballistik raketlərlə təchiz olunmuş yeni atom sualtı qayığının bayraqqaldırma mərasimində iştirak etdiyi vaxt avtomobil satışlarının 30% azalması xəbərləri yayıldı.

İqtisadiyyatın daha da “soyuması”ndan ehtiyat edən Rusiya Mərkəzi Bankı faiz dərəcəsini təxminən 2% aşağı salmaq qərarına gəlib. Yəni yüksək inflyasiya və iqtisadi tənəzzül arasında seçim edən Mərkəzi Bank birinci varianta üstünlük verib”, – agentlik qeyd edib.

     

    Paylaş
    Burada sizin reklamınız ola bilər