“Rusiya ilə münaqişə axtarmırıq” – NATO-nun baş katibi Stoltenberq
NATO Secretary General Jens Stoltenberg during a press conference before NATO Foreign Ministers will meet in Antalya, Turkey.
NATO-nun Ukraynadakı vəziyyət kontekstində məqsədi münaqişənin onun hüdudlarından kənara yayılmasının qarşısını almaqdır.
“Qərb Xəbər” məlumat verir ki, bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Yayım alyansın saytı vasitəsilə aparılıb.
“Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Amma məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Biz kollektiv təhlükəsizlik sistemimizi gücləndirməyi öz üzərimizə götürmüşük”, – deyə Stoltenberq bəyan edib.
O, həmçinin NATO-nun alyansın kollektiv təhlükəsizlik müqaviləsinin 5-ci maddəsinə sadiqliyini təsdiqləyib.





