Bölgə xəbərləri

Toğrul İsmayıl: “Rusiya hərbi elitasında fikir ayrılıqlarının olması qaçınılmazdır”

26 may / 21:28 8 dəq
93680588
26 may / 21:28
Burada sizin reklamınız ola bilər

“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”.

Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir:

“Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”.

Rusiya-Ukrayna müharibəsinin gedişatını, Rusiya hərbi elitasındakı fikir ayrılıqlarını və Belqoradda baş verən hadisələri “Qərb Xəbər”ə şərh edən Türkiyədə yaşayan politoloq Toğrul İsmayılın fikirinə görə artıq hər iki tərəf stratejik deyil, daha çox taktiki manevrlər aparır.

togrulismayil

– Toğrul bəy, Zelenski və Bayden görüşündən sonra Ukrayna-Rusiya cəbhəsində hərəkətlilik nə ilə nəticələnəcək?

Bunu ifadə edə bilərəm ki, artıq Baxmud üzərində bir yoğunlaşma var. Tərəflər bunun üzərində mübarizə aparırlar. Hər iki tərəf üçün bu stratejik əhəmiyyət daşıyır. Rusiyanın Ukrayna üzərinə hücumu başlayan gündən etibarən Rusiyanın ciddi bir şəkildə taktika dəyişiminə getdiyini də görürük. Qarşıya qoyulan o stratejik hədəflərin özünu doğrultmaması, uğursuzluq bu nöqtəyə gətirib çıxarmışdır.

Baydenlə Zelenskinin görüşməsinə gəlincə isə, əslində bu ABŞ-ın Ukraynaya açıq şəkildə verdiyi dəstəyin göstəricisidir. Bayden hökuməti və ABŞ Ukraynanın arxasında olduğunu və hər cür dəstəyi verəcəyini də bu şəkildə ortaya qoymuşlar. Yaxın gələcəkdə atışmaların artma ehtimalı olduqca yüksəkdir. Çünki, Ukrayna tərəfi ciddi hazırlaşır. Rusiya tərəfində isə biraz qarışıqlıq var.

Hədəflər və məqsədlər tam nəticə ilə tamamlanmadığı üçün Rusiyanın içindəki tərəflər arasında mübahisə də ortaya çıxmışdır. Nəticə etibarilə havaların isinməsi ilə birlikdə hərbi əməliyyatların artma ehtimalı yüksəkdir. Amma, hazırkı vaxtda hər hansı bir tərəfin üstünlüyünü görə bilmirik. Bu üstünlüyün olmaması da hələ bu müharibənin uzun müddət davam edəcəyini deməyə əsas verir. Düşünürəm ki, iyun və iyul aylarında bu müharibədə nəyin dəyişəcəyi və necə davam edəcəyi barədə daha dəqiq məlumat vermək olacaq.

zelenski-bayden

– G-7 sammitinə qatılan Ukrayna prezidenti demokratik dünyanın dəstəyini qazana bildimi?

Əlbətdə qazanmışdır. Bunu sammitdən əvvəl də biz görürdük. Bəlkə kənardan baxanda bu aktiv görünmür. Dünya ölkələrinin bu müharibədə çox da aktiv olmadığı kimi bir fikir yaranır. Amma, onu deyim ki, rəsmi olaraq müharibənin getmədiyini qeyd etmək lazımdır. Çünki, sözügedən iki ölkə bir-birinə beynəlxalq hüquq çərçivəsində müharibə elan etməyib. Bu səbəbdən dövlətlərin bir-birinə verəcəyi dəstək bəzi çətinliklərlə qarşı-qarşıyadır. Amma, bütün bunlara baxmayaraq beynəlxalq aləm açıq şəkildə Ukraynaya dəstək verməkdədir. Xüsusən də öndə gedən ölkələr. Bu dəstəyin nəticəsində Ukrayna rusların hücumunun qarşısını ala bildi. Təbii ki, burada beynəlxalq təşkilatların bu müharibəyə münasibəti də öz əhəmiyyətini gündəmdə saxlayır. Bu dövlətlərin yardımı, müharibənin gedişatına necə təsir etməyi həmin ölkələrin Ukrayanaya hava müdafiə sistemini və ya qarşı hücum üçün lazımı silahların təmin edilməsindən aslıdır.

_125662759_g7summit

– Rusiya hərbi elitasında fikir ayrılıqları, Vaqnerlə Baş Qərərgah arasında baş verən qarşıdurma müharibənin gələcəyi üçün nə vəd edir?

Əlbəttə, qarşıya qoyulan məqsədlər və hədəflər həyata keçmədikcə Rusiya hərbi elitasında da fikir ayrılıqlarının olması qaçınılmazdır. Xüsusilə beynəlxalq qanunlara zidd olaraq təşkil olunmuş Vaqner qrupu ilə Rusiyanın Baş Qərargahı arasında baş verən qarşıdurmalar, bir-birilərinə qarşı ittihamlar bunun nəticəsidir. Bu müharibənin gələcəyinə təsir edəcəyini zənn etmirəm. Çünki, Rusiya böyük və ciddi dövlətdir. Onun dövlət mexanizması, hərbi sənaye kompleksi, baş qərargahı, ordu sistemi daha güclüdür. Vaqner qrupu xüsusi silahlı birləşmə qruplarıdır.
Ola bilsin ki, Vaqner qrupu bəlli nöqtələrdə bəlli bir gücə, bəlli bir hədəfdə uğur əldə edə bilər. Amma, ümumi müharibənin gedişatı, Rusiyanın qarşısına qoyduğu hədəflər və digər məsələlər yenə də rus ordusunun baş qərargahı tərəfindən həyata keçirilir. Bu səbəbdən bunu bir növ daxili mübarizə, bir birilərini günahlandırmalar əslində hədəf çaşdırmaqdır. Yəni, içərdə həm mübarizənin olduğu həm də tərəflərin bir birlərindən məmnun olmadığının açıq şəkildə göstəricisidir.

KMO_111307_50121_1_t218_114354

Bunun qarşısının alınması üçün Rusiyanın ən azından o, taktiki gedişlərdə bir uğur əldə etməsi lazımdır. Təbii ki, burada biriləri çıxıb deyə bilər ki ,Rusiya Ukraynanın 20% ərazisini işğal edib və bu çox ciddi məsələdir. Amma, unutmamaq lazımdır ki, Rusiya kimi böyük ordusu olan, ciddi silahları olan qüvvətli bir ölkənin bir ildən çox davam edən müharibədə bu qədər ərazi işğal etməyi əslində böyük uğur deyil. Çünki onlar bu ərazilərin çoxunda hərbi birləşmələr yox, bir çoxunda Ukrayna hərbi birləşmələri könüllü şəkildə geri çəkilmiş, bəzi yerlərdə isə Rusiya geri çəkilmək məcburiyyətində qalmışdı. Bu savaş görünən odur ki, hələ davam edəcək. Rusiya da tam istədiyini əldə etməmiş onun daxilində xüsusilə hərbi qruplar arasında ciddi münaqişələrin olması da qaçınılmazdır.

93680588

– Belqoradda baş verən hadisələr, Putin rejiminə qarşı silahlı mübarizə Rusiyanın içlərinə doğru yayıla bilərmi? Putin rejiminin çöküşünə səbəb ola bilərmi?

Belqoradda əslində baş verən hadisələr lokal hadisələrdir. Putin rejiminə qarşı silahlı mübarizənin Rusiyanın içinə yayıla bilərmi? təbii ki, hər şeyin ehtimalı vardır. Amma bu cür məsələlər Putinin çöküşünə səbəb olacaq məsələlər deyil. Yəni, bunlar çox lokal, hələlik geniş miqyası olmayan bir hərəkat və girişimdir. Putin və ətrafı əslində Rusiyada nəzarəti hələlik idarə edə bilirlər. Amma, bu müharibənin gedişatı Rusiya üçün uğursuz davam edərsə biz bunu görəcəyik ki, Rusiyadakı Putin rejimi, sanksiyaları da bura əlavə etsək, ciddi şəkildə problemlərlə qarşıya-qarşıya qalacaq.

rusiya_ukrayna1-768x403
Həm iqtisadi, həm hərbi sahədəki problemlər irəlidə siyasi problemlərə də gətirib çıxara bilər. Bu zaman biz ölkə daxilindəki xaosun artma ehtiamlının olacağını söyləyə bilərik. Yəni, Rusiya rejiminin çöküşünun səbəbi ya müharibədə tamamilə uduzdu ya da daxili qarşıdurmalar və ya Putin daxilindəki sistem qruplarının bir-birinə olan amansız mübarizəsi nəticəsində baş verə bilər. Hələlik görünən odur ki, Putin Rusiyadakı vəziyyətə nəzarət edə bilir. Hal-hazırda onun qarşısında ciddi şəkildə duracaq bir müxalif güc yoxdur. Varsa belə özünu hələ göstərə bilmir, önə çıxa bilmir.

Rahib İsgəndərli

 

Paylaş
Burada sizin reklamınız ola bilər