Hadisə

Rusiya Fövqəladə hallar naziri Bakıya gəlib

8 iyul / 08:01 1 dəq
Kurenkov
8 iyul / 08:01
Burada sizin reklamınız ola bilər

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcra Şurasının və Baş Assambleyasının iclasında iştirak etmək üçün Azərbaycana gedib. Gündəliyin əsas məsələsi 60-dan çox ölkənin fövqəladə hallar xidmətlərini birləşdirən və bütün dünyada humanitar yardım göstərən bu təşkilata baş katibin seçilməsidir”, – məlumatda deyilib.

Qeyd edək ki, bundan əvvəl Kremlin Azərbaycanla münasibətləri yoluna qoymaq üçün Kurenkovun rəhbərliyi ilə Bakıya nümayəndə heyəti göndərəcəyi haqda məlumat yayılmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər