Dünya

Rus siyasətçidən iddalı çıxış -“Rusiya da ABŞ-a sanksiyalar tətbiq edəcək”

12 mart / 14:26 1 dəq
F236dbb0 99b6 335c b0c5 a2ab3d6c0a9a
12 mart / 14:26
Burada sizin reklamınız ola bilər

“Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək”.

Qərb Xəbər bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.

O söyləyib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq.

“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiyalar tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub. Bizim ABŞ rəsmiləri ilə əlaqələrimiz kəsilmir. Səfirliklərimiz və digər nümayəndələrimiz vasitəsilə əlaqələrimiz davam edir”, – S.Ryabkov bildirib.

Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.

 

qerbxeber.com

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər