Rubio: Şatdaun ABŞ -ın beynalxalq münasibətlərdə möbqeyini zəiflədir
ABŞ-da federal hökumətin qismən fəaliyyətini dayandırması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio sosial mediada bildirib.
“Konqresdəki demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partizan maraqlarının diktə etdiyi hərəkətləri ABŞ-ın qlobal səhnədəki mövqeyini zəiflədir və milli təhlükəsizliyi təhdid edir”, – Rubio “X” hesabında yazıb.




