Rubio Rusiyanın son altı ayda itkilərini açıqladı
Bu ilin yanvar ayından Rusiya tərəfi 100 min əsgər itirib – yaralı deyil, həlak olanlar nəzərdə tutulur. Ukrayna tərəfində isə rəqəmlər daha azdır, lakin yenə də çox əhəmiyyətlidir.
Qərbxəbər.com Bakupost.az -a istinadənxəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.
O xatırladıb ki, Prezident Tramp buna görə də müharibələri sevmir:
“O, müharibələrin pul və can itkisi olduğuna inanır və onların dayandırılmasını istəyir. Və keçmişdə gördüyünüz kimi, bu müharibəni və bitirə biləcəyi hər hansı digər müharibəni bitirmək üçün əlindən gələni edəcək”.




