Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsindən kənarlaşdırıldı – İlham Əliyevdən sərəncam
Fevralın 10-da dövlət başçısı İlham Əliyev Rövnəq Abdullayevin SOCAR Dövlət Neft Şirkətinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Qərb Xəbər” məlumat verir ki, Prezidentin digər sərəncamı ilə R. Abdullayev iqtisadiyyat nazirinin müavini təyin edilib.
Öz növbəsində, iqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf SOCAR-ın Birinci vitse-prezidenti təyin edilib.

Həmçinin dövlət başçısı Elnur Əliyevi iqtisadiyyat nazirinin birinci müavini təyin edib və iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edib.




