Ağstafa

Region Liqasının final və III yer uğrunda oyunları Qəbələdə keçiriləcək

16 may / 08:55 1 dəq
751166c2 2fec 37db aea2 fa71f12c298f 850
16 may / 08:55
Burada sizin reklamınız ola bilər

AFFA Region Liqasının 2024/2025 mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

Qerbxeber.com xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydanında III yer uğrunda qarşılaşma keçiriləcək.

Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydanında baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də reallaşacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər