Sosial

Qurban bayramının vaxtı açıqlanıb

7 avqust / 14:46 1 dəq
Eb556003 25c5 4b50 b365 3fe995d304f4
7 avqust / 14:46
Burada sizin reklamınız ola bilər

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

Bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Paylaş
Burada sizin reklamınız ola bilər