Siyasət

Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

20 avqust / 11:34 1 dəq
Dc906367 2e88 499c 8dc3 6d5a60df2cb7
20 avqust / 11:34
Burada sizin reklamınız ola bilər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 21-də Göygöl rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şusterkeçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər