Qondarma rejimin “daxili işlər naziri” Karen Sarkisyan və “Milli Təhlükəsizlik Xidmətinin direktor”u Ararat Melkumyan Ermənistana gəliblər.
“Qərb Xəbər” məlumat verir ki, onlar səhər saatlarında həbs edilib, daha sonra danışıqlar olub, sərbəst buraxılıblar.
İndi Qarabağda yalnız keçmiş və indiki “prezident”lər və bir neçə yüksək vəzifəli məmur qalıb.
Azərbaycan Arkadi Qukasyan, Bako Saakyan, Araik Harutyunyan və Samvel Şahramanyanın Qarabağı tərk etməsinə icazə vermir.
Hazırda onların da Qarabağı tərk etmələri ilə bağlı fəal danışıqlar gedir.
Hraparak