Tbilisi-Batumi istiqamətində yol getmək üçün 3 saat 50 dəqiqə, Qırmızı Körpüdən Sarp qapısına-Türkiyə sərhəddinə qədər isə 4 saat 50 dəqiqə vaxt lazım olacaq. “Qərb Xəbər ” Gürcüstan mətbuatına istinadən bildirirki, bu barədə Gürcüstanın 2024-cü il dövlət büdcəsi layihəsinə əlavə olunan sənəddə qeyd olunub. Hökumətin 2024-2027-ci illər üçün müəyyən etdiyi ölkənin əsas məlumatları və istiqamətləri sənədində qeyd olunduğu kimi, regional qovşaq kimi Gürcüstanın potensialından istifadə etmək üçün beynəlxalq və milli əhəmiyyətli yolların və əsas infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, 200 kilometrə qədər yeni avtomobil yolu, 200-ə qədər körpü və 70-ə qədər tunel tikiləcək. Nəticədə, Tbilisi-Batumi istiqamətindən gediş təxminən 3 saat 50 dəqiqə, Qırmızı Körpüdən Türkiyə sərhəddinə Sarp Sərhəd-Keçid Məntəqəsinə qədər isə 8 saat deyil, 4 saat 50 dəqiqə vaxt lazım olacaq.
© 2022 QərbXəbər – Developed by Arcod Technology
- +994703208557
- info@qerbxeber.com