“QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona toplantısı Şəmkirdə keçirilib
Azərbaycanda vətəndaş cəmiyyəti institutları iqtisadi və sosial həyatımızda əhəmiyyətli rol oynayır və daha da aktivləşməyə can atırlar. Dövlətin qanunları çərçivəsində vətəndaş cəmiyyəti institutları həyatımızın sosial-iqtisadi sahələrində dövlətə yardımçı rolunu oyanayırlar.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, QHT-dövlət əməkdaşlığının gücləndirilməsi, açıq hökumətin və ictimai nəzarətin təşviqi–yerli idarəetmənin ən mühüm funksiyalarından biri olması, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunması dövlətin prioritet sahələrindən birinə çevrilib.
Bu məqsədlə 22 noyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “İctimai İştiraklçılıq Haqqında” Qanun qəbil olundu.
Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi missiyası həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları həyata keçirilib. Zona konfranslarından biri 27 may 2022-ci ildə Şəmkir rayonunda təşkil edilib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Nurəddin Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Şəmkir rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyəti yanında ictimai şuraların üzvləri, yuxarıda adları çəkilən rayonlarda fəaliyyət qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Şəmkirdə keçirilən zona konfransında QHT nümayəndəsi və Şəmkir Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri olaraq iştirak etmişəm. Zona konfransının əhəmiyyəti QHT-Dövlət əməkdaşlığı, rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların ümumi vəziyyəti və ictimai nəzarət mexanizminin daha da gücləndirilməsinə dəstək vermək idi.
Regionda İcra Hakimiyyətləri Yanında İctimai Şuraların fəaliyyətinin müzakirə edilməsi geniş fikir mübadilələrinə səbəb oldu. Konfransın keçirilməsinin xüsusi özəlliyi ondan ibarət oldu ki, dövlət ictimai şuraların fəaliyyətinə və ictimai nəzarətin gücləndirilməsinə xüsusi olaraq diqqət yetirdiyi öz əksini tapırdı.
Prezident Administrasiyasının Qeyri-Hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxışında yerli icra strukturlarının rəhbərlərinə və vətəndaş cəmiyyəti nümayəndələrinin diqqətinə çatdırdı ki, rayonlarda ictimai şuraların fəaliyyətinin gücləndirilməsi zəruridir. Bunun üçün yerli icra hakimiyyətləri ilə QHT-lərin əməkdaşlığına ciddi ehtiyac var. O, bildirdi ki, regionlarda fəaliyyət göstərən ixtisaslaşmış QHT-lər ailə dəyərlərinin qorunması, məişət zorakılığı, korrupsiyaya qarşı mübarizə, narkomaniyanın qarşısının alınması üçün ciddi işlərin görülməsinə və digər sektorlarda layihələrin reallaşdırlmasına ehtiyac var.
Ölkə prezidenti cənab İlham Əliyev çıxışlarında bir neçə dəfə ictimai nəzarətin gücləndirilməsi haqqında fikirlərini bildirib. Zona konfransı QHT-lərə və ictimai şuralara ictimai nəzarətin gücləndirilməsinə bir daha dəstək verirdi.
İctimai nəzarət dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu baxımdan nəzarətin səmərəliliyini və keyfiyyətini artırmaq üçün onun institusional fəaliyyətini genişləndirmək təxirəsalınmaz məsələyə çevrilib.
Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şura 08.01.2018-ci ildən fəaliyyət göstərir. Təşkilat olaraq regionda ictimai nəzarətlə bağlı müşahidələr, monitorinqlər həyata keçirilirdi. Konfransdan sonra ictimai şura olaraq fəaliyyətimizi bir daha gücləndirməyi planlaşdırmışıq. Şura Şəmkir Rayon İcra Hakimiyyətinə təkliflər verir, yerli icra strukturlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirir, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil edir, yerli icra strukturlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına səy göstərir, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına çalışır. Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönümündə səylər gösrərilir. Beləliklə açıq hökumətin təşviqi və ictimi nəzarətin gücləndirilməsində zona konfransı bizə dəstək vermiş oldu.
Eyni zamanda regionda ictimayyət arasında daim ictimai nəzarətlə bağlı geniş məlumatlandırmalar həyata keçirilməsinı qarşımıza bir vəzifə olaraq qoyulmuşdur. İctimai Şura üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilir.
Hesab edirik ki, Gəncə şəhərində və Şəmkir rayonunda həyata keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransları regionda açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Azərbaycanın qərb regionunda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək olacaqdır. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradılır.
Düşünürük ki, Şəmkir rayonunda ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsinə dəstək ola bilsək şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına nail ola bilərik. Bu gün ölkədə aparılan siyasətin əsas priortetlərindən biri də budur. Ölkədə devalivasiyanın olduğu bir zamanda ictimai maarifləndirmə, ictimai nəzarətin təkmilləşdirilməsini vacib amillərdən biri kimi hesab edirik.
Bununla bağlı qarşıya qoyulan ciddi məslələrdən biri də ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində daimi olaraq tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələrin verilməsini düşünürük.
Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərindən biri də hesabatlılığın və şəffaflığın artırılmasıdır. İctimai iştirakçılıq günümüzün prioritet sahələrindəndir.
Ümid edirəm ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. İctimai Şuralar bu imkandan yararlanaraq ictimai iştirakçılığın şəffaflığının qorunması sahəsində və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyyələrlə çıxış edəcəklər.
Fuad Bədəlov
Şəmkir Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri