Dünya

Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan edilib

28 oktyabr / 14:02 1 dəq
653cbe58a27e5653cbe58a27e61698479704653cbe58a27e3653cbe58a27e4
28 oktyabr / 14:02
Burada sizin reklamınız ola bilər

Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan edilib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin qəbul etdiyi qərarda deyilir.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib. İlkin ehtimala görə, qəzaya metan qazının partlaması səbəb olub. Hadisə zamanı şaxtada 252 nəfər olub, onlardan 205 nəfəri şaxtadan çıxarılıb.

Son məlumatlara əsasən, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə zamanı xəsarət alan 18 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan Prezidenti bu gün səhər Karaqanda vilayətinə gedib.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər