“2020-ci il 10 Noyabr bəyanatının ilkin variantında Tavuşla bağlı bənd var idi, sonradan çıxarıldı. Bu məsələ qarşılıqlı ittihamlar mövzusuna çevrildi, generallar dedilər ki, məhz onların sayəsində bu məqam aradan qaldırılıb, Paşinyan isə əksini bildirdi. Nikol toplantıların birində Tavuşla bağlı bəndə görə 10 Noyabr bəyanatını imzalamağa razı olmadığını açıqlamışdı”.
Bu barədə “Hraparak” nəşri yazıb.
Nəşrin iddiasına görə, Paşinyan 2020-ci ildə Qazaxın işğaldakı kəndlərinin Azərbaycana təhvil verilməsi məsələsi gündəmə gələndə buna razı olmayacağını açıqlayıb:
“Dedim, əllərimi kəsəcəyəm, nə olursa olsun, o kağıza qol çəkməyəcəyəm”.
“Hraparak” yazır ki, indi Paşinyan Bakının diktəsi ilə həmin əraziləri təhvil vermək qərarına gəlib.
Qeyd edək ki, 10 Noyabr bəyanatı imzalanan gün Qazaxın kəndlərinin də təhvil verilməsi gündəmə gəlmiş, hətta yayılan mətndə bu barədə bənd yer almışdı. Lakin sonradan elan edilən bəyanatda bu bəndin olmadığı üzə çıxmışdı.
Mənbə: Globalinfo.az