Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxın 7 kəndini qaytarsaq Ermənistanın Gürcüstana yolu olmayacaq – İgidyan

24 may / 10:29 2 dəq
Qazax kendleri (1)
24 may / 10:29
Burada sizin reklamınız ola bilər

Artıq Qarabağda yaşayanların nəsə etmək imkanları azdır. Üstəlik, daha əlverişli şəraiti olan başqa yerdə mənzillər təqdim etməklə, xeyli adama rüşvət verməyə çalışacaqlar… Amma görürük ki, burada daha böyük problem Paşinyanın Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır ki, bunu heç bir Ermənistan hökuməti etməyib. Ən böyük problem odur ki, bu, sözlə deyil, sənədlə təsbit olunmalıdır. Bu isə münaqişənin sonu deyil, yeni mərhələnin başlanğıcıdır.

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində ekspert Karen İgidyan Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün mediaya açıqlamasında Azərbaycanın 86,6 min kv.km ərazisinin İrəvan tərəfindən tanındığını, bura Qarabağın da aid olduğunu elan etməsini şərh edərkən deyib.

O iddia edib ki, “münaqişənin ikinci mərhələsi” deyərkən Azərbaycanın hədəflərini böyütməsini də nəzərdə tutur:

“İkinci addım Zəngəzur məsələsi olacaq, sonra İrəvan məsələsi qaldırılacaq. Şübhəsiz ki, Azərbaycan çalışacaq ki, həmin müqavilədə “azərbaycanlılar Ermənistana qayıtsın” bəndi olsun və burada yeni, böyük, güc münaqişəsi yaranacaq”.

Ekspert Paşinyanın anklavları qaytarmaqla bağlı mövqeyinə də toxunub və bildirib ki, əgər 7 kənd Azərbaycanın nəzarətinə keçsə, o zaman Ermənistanın Gürcüstana Tavuşdan keçən yolu olmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı