Bölgə xəbərləri

Qazaxda yaşayış evi yandı-VİDEO

8 yanvar / 13:44 1 dəq
2025 01 08 11 37 41Lag1R33LtgEpoUA7EzRX file
8 yanvar / 13:44
Burada sizin reklamınız ola bilər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 60 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı fərdi yaşayış evinin bir otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Paylaş
Burada sizin reklamınız ola bilər