Bölgə xəbərləri

Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib

11 noyabr / 09:43 1 dəq
4092f9ab ce4d 3bba b576 c746857ab1ac
11 noyabr / 09:43
Burada sizin reklamınız ola bilər

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qərb Xəbər”ə bildirib ki, keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər.

Onun sözlərinə görə, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.

6a21b49d-889b-3c0f-a66d-7b9ff483faac7814cee6-f2ad-3ec7-96b6-8657873bf52b_850

Paylaş
Burada sizin reklamınız ola bilər