Qazaxda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub
Qazax rayonunun Ağköynək kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Suleymanov Fazil Suleyman oğlunun xatirəsinə inşa olunan bulaq açılıb.
“Qərb Xəbər” məlumat verir ki, açılış mərasimində Ağköynək kənd bələdiyyəsi, kənd sakinləri, şagirdlər, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsini ehtiramla anıblar. Sonra məktəblilər Vətənə və şəhidləriə həsr olunan şeirlər söyləyiblər.
Suleymanov Fazil 1992-ci ildə Vəlixan istiqamətində şəhid olub.




