Azərbaycan kuboku: Finalda “Qarabağ” “Sabah” qarşılaşacaq
Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.
Qerbxeber.com xəbər verir ki, hər iki görüş bu gün baş tutub.
İlk oyunda “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Ağdamlılar 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biliblər.
Meydan sahibləri böyükhesablı qələbəyə sevinib – 3.0.
İkinci oyun “Sabah” doğma meydanda “Neftçi”ni qəbui edib
Tərəflər arasındakı ilk görüş Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşmışdı -2-1
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilə “Sabah” adını final mərhələsinə yazdırıb.
“Neftçi” isə kubokla vidalaşıb.
“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı