Bölgə xəbərləri

Qazaxda “Rumın mədəniyyətinin regionlarda təbliği” layihəsi ilə bağlı görüş keçirilib

1 noyabr / 14:28 1 dəq
B01fc72c28d216456a2e331ffd38b349 ????????????????????????????????????
1 noyabr / 14:28
Burada sizin reklamınız ola bilər

28-29 oktyabr tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə Qazax rayonunda “Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği” layihəsi baş tutub.

“Qərb Xəbər” bildirir ki, layihə çərçivəsində Qazax rayonundan olan gənclərlə rumın mədəniyyəti və ədəbi irsinin təbliği sahəsində söhbətlər aparılıb. Gəncləri maraqlandıran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılaraq layihə ilə bağlı sualları cavablandırılıb.

2 gün baş tutan tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və layihənin moderatoru Akif Əmirov iştirak edib.

Sonda layihədə iştirak edən gənclərə moderator tərəfindən sertifikat təqdim olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər