Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ünvanlı sosial yardımın təyini üçün müəyyən edilən göstərici açıqlanıb

1 noyabr / 13:30 3 dəq
Pul
1 noyabr / 13:30
Burada sizin reklamınız ola bilər

Azərbaycanda 2023-cü ildə ünvanlı dövlət sosial yardımın təyini üçün müəyyən olunan göstərici açıqlanıb.

“Qərb Xəbər”in xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Qeyd edilib ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli qanuna əsasən cari ilin əvvəlindən əmək pensiyalarının minimum məbləği 40 manat və ya 20% artırılaraq 240,0 manata çatdırılıb.

Hazırda minimum pensiya orta aylıq əmək haqqının 28,9%-i, minimum aylıq əmək haqqının isə 80,0%-i səviyyəsindədir. Cari ildə qəbul edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75-80,0%-i səviyyəsində saxlanılması əsas hədəflərdən biri kimi müəyyən edilib.

“Yuxarıda da qeyd olunduğu kimi, məlumatların təhlili pensiyanın orta göstəricinin artımının indeksləşmə hesabına təmin ediləcəyini göstərir. Layihə ilə birlikdə təqdim edilmiş İzahatda, eləcə də “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində minimum pensiya məbləğinin artırılmasına dair qeydlər əks etdirilməmişdir ki, bu da növbəti ildə minimum pensiya məbləğinin ehtiyac meyarından aşağı olacağı deməkdir. Bu və yuxarıda göstərilənlər, növbəti ildə minimum pensiya məbləğinin artırılması ilə bağlı tədbirlərin reallaşacağına dair ehitmalları yüksəltməklə Fondun xərclərinə yenidən baxılması zərurətinin də yaranacağını qeyd etmək imkanı verir.

Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir”, – Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən növbəti ilin 1 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı