Bölgə xəbərləri

Qazaxda narkotik əməliyyatı keçirilib

23 sentyabr / 14:01 1 dəq
2e449af3 1c3c 35c1 b4d8 52f0ba325f59
23 sentyabr / 14:01
Burada sizin reklamınız ola bilər

Qazaxda narkotik satan və alan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən xəbərə görə, Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət Muradova və Faiq Məmmədov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər narkotik vasitəni evində xidmətçi işlədikləri Adil Qurbanovdan pul müqalibində aldıqlarını etiraf ediblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini Adil Qurbanov da saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 295 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər