Qazax

Qazaxda intellektual turnir keçirilib

6 oktyabr / 19:42 1 dəq
FB IMG
6 oktyabr / 19:42
Burada sizin reklamınız ola bilər
Bu gün Qazax GİKM-nin İntellektual Oyunlar Klubunun təşkilatçılığı gənclər arasında növbəti turnir keçirilib.
Qazax Gənclər Mərkəzində reallaşan yarışın ilk mərhələsində gənclər “Nə? Harada? Nə zaman” formatında mübarizə aparıblar. Burada fərqlənən 4 komanda “Breyn Rinq”də öz savadını nümayiş etdirib.
Turnirin yekun nəticələrinə əsasən, müstəqil “Pentaqon” komandası yarışın qalibi olub. BDU-nun Qazax filialının təmsilçisi “Hermes” II, “Sarkazm” kollektivi (müstəqil) isə III yerə layiq görülüb.
Turnirin qalib və mükafatçıları Qazax GİKM tərəfindən diplomlarla təltif olunub.
Yarışda ümumilikdə 10 komandadan 50 nəfər gənc iştirak edib.
Paylaş
Burada sizin reklamınız ola bilər