Bölgə xəbərləri

Qazaxda “İctimai vəkillik” mövzusunda təlimlərə start verilib

6 oktyabr / 11:17 1 dəq
F8a0e8d4 7eee 42e4 bad0 9a53a3660961
6 oktyabr / 11:17
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlərə start verilib.

Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin birincisi Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbində baş tutub. Təlim kursunda 15 kənd sakini iştirak edib.

Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, Qazax rayonunun daha 5 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər təşkil ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər