Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində layihələrin icrası bütün ölkə boyu davam edir.Qrant müsabiqəsinin qaliblərindən biri də, Qazax rayon Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbinin müəllimi Nuranə Şərifovadır.
Qerbxeber.com-a bu barədə məlumat verən Nüranə Şərifova,rəhbəri olduğu “Sağlam gələcək-bizimlə gələcək” Yaşıl dünyanın təşviqi layihəsinin artıq bu ilin noyabr ayından start götürdüyünü qeyd edib.
Layihənin məqsədi- şagirdlər arasında sağlam həyat tərzinin təbliği,asudə vaxtlarının səmərəli təşkili və ekoloji təmizliyin qorunmasına nail olmaqdır.
Bu məqsədlə məktəblilərlə yanaşı, gənc müəllim və valideynlər də layihəyə cəlb olunublar.Bütövlükdə layihəyə Qazax rayonunun üç məktəbindən 10 nəfər müəllim və 30 nəfər şagird cəlb olunub. Əsasən 7-8 və 9-cu sinif şagirdləri olan layihə iştirakçıları təbiətə səyahət edərək,onu necə qorumağın yollarını əyani şəkildə öyrənir,məktəbdə təşkil edilən debatlara qatılırlar.Layihə çərçivəsində müəllim,valideyn və şagirdlər birgə velosiped sürərək “Sağlam gələcək bizimlə gələcək!”devizi ilə layihəni uğurla davam etdirirlər.