Bu gün Qazax GİKM-in təşkilatçılığı ilə “Counter Strike” kompyuter oyunu üzrə gənclər arasında rayon turniri keçirilib. Gənclər Mərkəzində reallaşan yarışda 9 komandanın heyətində 36 nəfər olimpiya sistemi üzrə mübarizə aparıb.
Püşkatmanın nəticələrinə əsasən, “Qafqaz” və “Bentley” komandaları 1/8 finalda qarşılaşıblar. “İkincilər” 10:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Ancaq “Bentley” komandası 1/4 finalda “Empire” kollektivinə 4:10 məğlub olaraq mübarizəni dayandırıb. Bu raundun digər görüşlərində “Watch and Learn”, “Uranium” və “Wolfram” komandaları qalib gəlib. Onlar müvafiq olaraq “Extreme”, “Tornado” və “Qarabağ”dan üstün olub.
Yarımfinalın ilk matçında “Empire” rəqibi “Uranium”a heç bir şans verməyib – 10:0. “Wolfram” isə “Watch and Learn” komandasını 10:4 hesabı ilə məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.
“Empire” komandası finalda “”Wolfram” üzərində 10:4 hesablı qələbə çalaraq gələrək yarışın qalibi adını qazanıb. “Watch and Learn” isə “Uranium”u məğlub edərək 3-cü yerin sahibi olub.
Sonda qalib və mükafatçılar Qazax GİKM tərəfindən müvafiq diplomlarla təltif olunublar.