Bölgə xəbərləri

Qazaxda 17 yaşlı qız aldadılaraq qaçırılıb

24 avqust / 14:16 1 dəq
FotoJet (12)
24 avqust / 14:16
Burada sizin reklamınız ola bilər

Qazax rayonunda 17 yaşlı qız qaçırılıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

“Qazaxda 17 yaşlı qız qaçırılıb. Ailə iddia edir ki, polis onlara deyib ki, gedin “şirin dillə”, başlarını tovlayıb qızınızı geri alın. Qızı aldadıb aparıblar”, – deyə o qeyd edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər