Bir neçə rayonda “Təmiz hava” aylığı ilə əlaqədar monitorinq keçirilib. Şəmkir, Samux, Daşkəsən Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu
yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin
ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 70 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.