Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində ilk təlim keçirilib

21 sentyabr / 10:25 2 dəq
Photo1663739034 (2)
21 sentyabr / 10:25
Burada sizin reklamınız ola bilər

“Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində ilk təlim keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində ilk təlim təşkil olunub.

“Qərb Xəbər”ə verilən məlumata görə, ilk təlim günündə fasilitator Elmar Rzalının təqdimatında iki mövzu keçirilib. Təlimin ilk mövzusu “Stresin idarə olunması” olub. Bu mövzu daxilində iştirakçılar stresin tərifini verməyə çalışıblar, həmçinin stres yaradan səbəbləri müzakirə ediblər. Nəfəsalma texnikası, diqqətlilik, bir dəfəyə bir iş görmə kimi metodlarla stresin azaldılması yollarını öyrəniblər. 20 nəfərin iştirak etdiyi təlimin ikinci mövzusu isə “Emosional tənzimləmə” olub. Bu mövzu daxilində iştirakçılar müxtəlif emosiyaların qeyri-verbal ifadəsini təsvir ediblər, həmçinin arzuolunan və arzuolunmaz hissləri fərqləndiriblər. Nə dərəcədə stresli olduqlarını və stresin nəyə bənzədiyini, hansı hisslər yaratdığını ifadə etməyi öyrəniblər. Gənclər sonda çətin emosiyaların öhdəsindən gəlməyin xüsusi üsullarına dair beyin həmləsi həyata keçiriblər.

Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur.  Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir. 

Növbəti təlim 23 sentyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.photo1663739034 (1)photo1663739034 (4)photo1663739034 (5)photo1663739034 (10)photo1663739034 (9)photo1663739034 (7)

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı