İki il aradan sonra,Azərbaycan məktəblərində “Son zəng” yenidən keçirildi. Pandemiya iə bağlı müsbət vəziyyət son zəng tədbirlərinin keçirilməsinə imkan verdi.
14 iyun ölkənin bütün ümumtəhsil məktəblərində məzunlar üçün son zəng çalındı. 11-ci sinif şagirdləri Orta məktəbə əlvida, həyatın yeni mərhələsinə ilk addımlarını atdılar.
“Qərb xəbər”in repotyor qrupu Təhsil sahəsində xüsusi ənənələri və uğurları olan Qazax rayonu Çaylı kənd Vidadi Göyüşov adına 1 saylı və Elşən Cəfərov adına 2 saylı orta məktəblərində çəkiliş aparıb.
Məzunları məktəblərin derektorları, müəllimləri və valideynlər təbrik edib, ürək sözlərini deyiblər.
Qeyd edək ki,bu il Qazax rayonu üzrə 767 şagird məzun olub, yeni həyata addim atır. “Qərb xəbər”olaraq bütün məzunları təbrik edir, yeni başlanğıcları uğurlu olsun deyirik.
. Vüqar Mehtizadə
Ülviyyə Həsənova
“Qərb xəbər”