Bölgə xəbərləri

Qazax gömrükçüləri yardım paylayıb

16 aprel / 11:05 1 dəq
IMG 20200416
16 aprel / 11:05
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməklə, “Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına start verilib.

Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də qoşulub.

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qazax şəhərinin Ə.Şıxlinski küçəsində yaşayan, qayğıya ehtiyacı olan 60 aztəminatlı ailəyə yardım ediblər.

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun əməkdaşları aztəminatlı ailələrə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər