Kateqoriyasız

Qazdan istifadə pozuntusuna görə vətəndaşların cərimələnməsi ağırlaşdırıla bilər – 3000 mnat…

24 yanvar / 11:05 1 dəq
8344BE20 B4DA 4F7E AC4A 95A93F9E3A94
24 yanvar / 11:05
Burada sizin reklamınız ola bilər

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Qərb Xəbərin məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quriciluğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.

Qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər