Dünya

Qaribaşvili: Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsində iştirak etməyə hazırıq

26 oktyabr / 11:42 1 dəq
Indir 2023 10 26T114156.344
26 oktyabr / 11:42
Burada sizin reklamınız ola bilər

Gürcüstan Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsində iştirak etməyə hazırdır.

“Qərb Xəbər” məlumat verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

“Bizim hökumətimiz “Dinc Qonşuluq Təşəbbüsü”nü irəli sürüb. Biz qonşularımız və dost ölkələr olan Azərbaycan və Ermənistanla nəhayət, Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazırıq. Bu gün hər iki həmkarımı – Baş nazir Paşinyanı və Baş nazir Əli Əsədovu qonaq etdiyimə görə çox şadam. Dayanıqlı sülhün bizim ölkələrimizə, bütün regiona faydaları olacaq və xalqlarımıza layiq olduğu sülhü gətirəcək”, – Qaribaşvili bildirib.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər