“Qarabağ”ın yeni transferi həftənin oyunçusu olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turunun rəmzi komandası bəlli olub.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “InStat”ın təhlilinə əsasən “11-liy”ə “Qarabağ”dan 5, “Zirə”dən 3, “Keşlə”dən 2, “Səbail”dən isə 1 futbolçu düşüb.
Qapıçı: Asmir Beqoviç – 359 (“Qarabağ”)
Müdafiəçilər: Ailton Silva – 264 (“Qarabağ”)-2, Turan Manafov – 314 (“Səbail”), Bədavi Hüseynov – 295 (“Qarabağ”), İlkin Qırtımov – 252 (“Keşlə”)
Yarımmüdafiəçilər: Abdullah Zubir – 323 (“Qarabağ”), Şafik Tiqrudja – 289 (“Zirə”), Markos Madera – 298 (“Qarabağ”)-3, Tellur Mütəllimov – 287 (“Zirə”)
Hücumçular: Xulio Sezar Rodrigez – 276 (“Zirə”), Lorenzo Frutos – 281 (“Keşlə”)-2
“Qarabağ”ın yeni transferi Asmir Beqoviç həftənin oyunçusu seçilib.
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.




