Dəyərli, oxucular!
Son dövrlər xalq olaraq tarixi hadisələrə şahidlik edirik.Qarabağ iqtisadi rayonunda baş verən son hadisələr,seperatçı rejimə qarşı həyata keçirilən bir günlük Lokal xarakterli Antiterror Tədbirlərin görünən və görünməyən tərəfləri və hadisələrdən sonra baş verənlər hər kəs üçün maraqlıdır.”Qərb xəbər” media portalı olaraq,Qarabağda baş verən tarixi proseslərə müəyyən qədər aydınlıq gətirmək məqsədi ilə, tanınmış jurnalist,siyasi şərhçi Rauf Mirqədirova müraciət edərək,geniş müsahibə aldıq.Həmin müsahibənin birinci hissəsini təqdim edirik.
Rauf bəy, hər vaxtınız xeyir.
Qarabağda hərbi hərəkətliliyin arxasında baş verən siyasi oyunlardan çox danışılır.Müxtəlif ölkələrdən fərqli reaksiyalar oldu, bir çox bəyanatlar səsləndirildi.Əslində , nə baş verir? Prosesi kim idarə edir?Hadisələrin gürünən və görünməyən tərəflərinə aydınlıq gətirmənizi xahiş edirəm.
–Düşünürəm ki, hazırda prosesin idarəedilməsində bir neçə oyuncu var. Amma son vaxtlar Qarabağda baş verən hadisələr çoxlarının maraqlarına bu vəya digər dərəcədə taktiki baxımdan cavab verir. Bütün aparıcı oyuncuların maraqlarına cavab verir. Söhbət Azərbaycandan gedirsə, bu Azərbaycanın da maraqlarına hələlik ki, cavab verir.Eyni zamanda Ermənistanda Paşınyan hakimiyyətinin də hələlik ki, cavab verir. Rusiyanında maraqlarına cavab verir, Türkiyənin də xüsusi qeyd edirəm, maraqlarına cavab verir. Və nəhayət, kollektiv Qərbin də maraqlarını təmin edir. Nə üçün?
-Azərbaycan tərəfi baş verənləri öz süverenliyinin, yuridiksiyasının bərpası olaraq qəbul edir.Bir çox məqamlarda hadisələr belə cərəyan edir. Sözsüz ki, bu belədir.
Ermənistanın -Paşınyanın maraqlarından götürək. Bir günlük müharibə desək, amma bu müharibə deyil. Müharibənin miqyası belə olmur.Daha doğrusu hərbi əməliyyatlar adlandıraq. O əməliyyatın birinci günü Paşınyan bu hadisələri “etnik təmizləmə-genosid” adlandırırdı. Hamıdan kömək istədi. Eyni zamanda, bəyan etdi ki, Ermənistan bu məsələyə qarışmayacaq. Sən hamıdan kömək istəyirsənsə, gərək özün də qarışasan. Lakin Ermənistan sona qədər qarışmadı.Xatırlayırsızsa, hərbi əməliyatlardan əvvəl, İrəvandan belə bəyanatlar səslənirdi ki, yaxın zamanlarda Sülh danışıqlarında irəliləyiş olmayacaq.Hər hansı Sülh sazişinin imzalanması mümükün deyil.
Amma Antiterror tədbirlərindən sonra İrəvan belə bir maraqlı bəyanat verdi ki, sülh danışıqları davam edəcək. Adətən belə durumlarda, sülh danışıqları arxa plana keçir, durğunluq yaranır. Tərəflərdən biri adətən görüşlərdən imtina edir, yadınızdadırsa Azərbaycan Fransa prezidentinin iştirak etdiyi görüşdən imtina etdi və.s Burada isə, Ermənistan parlamentinin sədri səviyyəsində bəyan edildi ki, sülh üçün tarixi şərait yaranıb. Payızda Grenadada Sülh sazişi imzalana bilər!
Eyni zamanda Azərbaycan prezidentinin köməkçisi H.Hacıyevin yaxın zamanlarda Bürüsseldə Ermənistan nümayəndəsi Armen Qriqoryanla görüşü planlaşdırılır.(Bu görüş artıq reallaşıb-QX) Orda Almanya kanslerinin və Fransa prezidentinin nümayəndələri , eyni zamanda Ş. Mişel olacaq.Yəni bu əməliyyatların danışıqlar prosesinə heç bir mənfi təsiri olmadı, dediyim kimi bəyanatlar səslənir ki, Grenadada sülh sazişi oktyabrda imzalana bilər.Bu onun göstəricisidir ki, əgər taktiki baxımdan Paşınyan hakimiyyətini qoruyub saxlaya bilsə, bilirsiz ki, hal-hazırda bununla bağlı çox ciddi problemlər var. İrəvanda hakimiyyətin istefası ilə bağlı ciddi aksiyalar keçirilir. Müxalifət vətəndaş itaətsizliyinə çağırır, kütləvi həbslər var.Dediyim kimi əgər Paşınyan duruş gətirə bilsə,onun taktiki maraqlarına cavab verir.Artıq onun çiyinlərində Qarabağ yükü yoxdur.Əgər gələcəkdə qaçqınlarla bağlı proseslər,həddindən artıq qeyri-normal prosesə çevrilməsə, onun Azərbaycan-Ermənistan münasibətləri istiqamətində addımlar atması çətin deyil.Eyni zamanda hakimiyyətdə qalarsa,Türkiyə və Azərbaycanla bağlı müəyyən sazişlər imzalaya bilərsə,həmçinin Qərblə inteqrasiya prosesinə başlamaq üçün baş vermiş hadisələr, onun üçün Rusiya ilə münasibətlərdəki məsafəni daha da böyütməyə imkan verir.Bu isə Paşınyanın maraqlarına cavab verir.
Gələk Rusiyanın maraqlarına:
-Burda Rusiya üçün iki çox vacib faktor var. Bir faktör geniş mənada çox vacib faktördü-bu Rusiya-Türkiyə münasibətləridir.Rusiya-Türkiyə münasibətləri Rusiya üçün kifayət qədər böyük əhəmiyyət kəsb edir.İki baxımdan;Biri sankisayalar məsələsidir.Bilirsiniz ki, sanksiyalardan qaçmaqda bir sıra ölkələrin Rusiyaya böyük yardımı olub.ABŞ hesabatlarında həm Türkiyənin,həm Gürcüstanın və Ermənistanın bir sıra şirkətlərinin adı keçir. Onlar sanksiyalardan qaçmaq üçün Rusiyaya yardım ediblər.Bunu sübut etmək üçün heç də qeyri-adi tədqiqat aparmaq lazım deyil. Türkiyəni qoyuram bir kənara,Ermənistan və Gürcüstanın Rusiya ilə xarici ticarət dövrüyyəsi, daha doğrusu, Ermənistandan və Gürcüstandan Rusiyaya ixrac Ukrayna müharibəsi başlanandan sonra, 70-80 faiz artıb.Yəqin ki,mütəxəsis olmaq vacib deyil ki, anlayasan ki,nə Gürcüstanın, nə də Ermənistanın Rusiyaya ixrac ediləsi elə bir əmtəəsi -malı yoxdur.Söhbət sankiyalara görə,rusların birbaşa ala bilmədikləri yüksək texnoloji tutuma malik hərbi avadanlıqların və malların bu ölkələr vasitəsilə Rusiyaya nəqlindən gedir.Bu məsələlərdə Türkiyənin də xüsusi rolu var.Bu baxımdan Türkiyə Ruslar üçün çox vacibdir. İkinci səbəb, Türkiyənin ikili rolü ilə bağlıdır.Ukrayna müharibəsi ilə bağlı Qərblə və Rusiya ilə münasibətlərdə balansı saxlayır. Putinlə görüşür. Digər tərəfdən isə, cənab Ərdoğan bəzi bəyanatlarda Rusiyanın tezislərini təkrarlayır.Məsələn, o deyir ki,atəşkəsin tərəfdarıdır.İndi ki,şəraitdə atəşkəsin olması mövcud status-kvonun qalması deməkdir.Və ya o,New-Yorkda olarkən dedi ki,ruslar Krımdan getməyəcək, bu da Rusiyanı razı salan bir hərəkətdir.Həmçinin, deyir ki, taxıl sazişi ilə bağlı Rusiyanın tələblərini nəzərə almaq lazımdır və.s.
Türkiyənin maraqlarına gəldikdə görürük ki, bu hadisənin baş verməsində Türkiyəni də məmnun edən məqamlar çoxdur. Bildiyiniz kimi, Ərdoğanın daxili siyasətdə əsas elektoratı dindar və milliyətçi kəsimdir.Bu elektorat qarşısında baş vermiş hadisədə, Türkiyənin rolunun böyüklüyünü göstərmək ona az da olsa yardım edir. Çünki, ölkədə bildiyiniz kimi iqtisadi vəziyyət həddindən artıq pisdir.O dərəcədə pisdir ki,Ərdoğan öz sosial bazasının son illərdə onun ətrafında səfərbər olunmasını mümkün edən sosial təminatlarına ağır zərbələr vurmaq məcburiyyətində qalıb.Son dövrlər,bildiyiniz kimi faiz dərəcələri 8,5 faizdən 30 faizə qədər qalxıb.Bu prezident seçkilərindən sonra görünməmiş bir şeydir.Yəni, ucuz kreditlər kimi maliyyə siyasətindən təmamilə imtina edilib.Çünki, bu artıq mümkün deyil,iqtisadiyyat dağılır,vergilər artır.Yəni, onun elan etdiyi, seçkilərdən sonra maaşların artması artıq heç bir əhəmiyyət kəsb eləmir.Bu cür situasiyada hadisələrin belə cərəyan etməsi çox vacibdir onun üçün.Bu durum Türkiyə və digər aktörlər üçün yeni maliyyə imkanları da açır. Eyni zamanda,Qərblə münasibətlərdə də Türkiyəyə əlavə imkanlar yaradır.Bilirsiniz ki, nəsə qazanmaq üçün, nəsə vermək lazımdır.Təbii ki, burada maliyyə gəlirləri də var.Pul qazanmaqdan isə, heç kim və heç bir dövlət imtina etmir.
Və nəhayət gələk,Qərbə
Çox maraqlıdır, hadisələrdən sonra,danışıqlar prosesində heç bir fasilə olmadı.Burda bir şeyi nəzərə almaq lazımdır, məndə belə bir təəsürat yaranır ki, bu əməliyyatlardan hamının xəbəri var idi.Çünki,Mariya Zaxarova dedi ki, guya antiterror tədbirlərinin başlamasından bir neçə dəqiqə öncə, Azərbaycan bu əməliyyatlar barədə Rusiyanı xəbərdar edib. Bu təmamilə ağ yalandır. Nə üçün? Bilirsiz ki, əməliiyatlar çox dar bir ərazidə həyata keçirilib. 3000 kv m bir sahədə idi, Azərbaycan tərəfi Xankəndini atəşə tutmadı.Nəzərə alsaq ki, bu kiçik ərazidə Rusiya hərbiçiləri yerləşib və onlar hərəkət halında idilər.Dinc əhalinin evakuasiyası və s. işlərlə məşğul idilər. Nəzərə alsaq ki, bu dar ərazidə,antiterror əməliyatı keçirilir,və ruslara heç bir zərər toxunmur, bu prinsipcə çox ciddi kommunikasiya işinin olduğunu sübut edir.Yəni, əvvəlcədən razilaşdırılma olmasa, bunu etmək mümkün deyil.Əməliyyat gedən ərazi çox balaca yerdir, orada çox ciddi kommunikasiya vacibdir. Əks tədqirdə itkilər qaçılmaz olardı.Burada əvvəlcədən qaydalar hazırlanmalıdır ki,orda Rusiya hərbiçilərinin itkiləri olmasın Bu o demək idiki, Rusiyanın xəbəri var idi.Bir başa Putin Ərdoğan görüşməsində mənə elə gəlir bu hadisələr ələ alınmışdı və razılaşdırılmışdı.
Gələk Qərbin reaksiyasına.
Bilirsiniz ki, Qərbin reaksiyası, xüsusən Fransa tərəfindən çox hay-küylü oldu.Avropa Parlamenti bəyanatlar verdi, Aİ-nın xarici işlər komissiyası və Dğvlət Departamenti atəşkəsə çağırdı, amma Azərbaycana qarşı heç bir ciddi addım atılmadı.
Həmin dövrdə, bildiyiniz kimi, Azərbaycanla ABŞ arasında ciddi kommunikasiya gedirdi, kommunikasiya kanalı var idi.Mənə elə gəlir ki, ABŞ-n antiterör əməliyatı barədə xəbəri var idi.Nə üçün demək olar?-Xüsusi qeyd edirəm,taktiki olaraq, Qarabağ problemi həll olundu. Ən azı belə bir görüntü var.Problemin tam həlli isə, yalnız rusların ordan rədd olub getməyindən sonra olacaq.Amma təkrar edirəm, Beynəlxalq münasibətlər müstəvisində bu problem həll olundu.Bu Ruslar məsələsi Azərbaycanla-Rusiyanın problemidir artıq. Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil. Ermənistan üçün də Qarabağ məsələsi gündəlikdən çıxdı.Sülh sazişi üçün yol açıldı.Təbii ki, Paşınyan hakimiyyətdə qalarsa.Bu çox vacib məqamdı.Paşınyan da artıq dedi ki, sülh sazişi imzalamaq olar.
Rusiya ilə geosiyasi qarşıdurmalar isə yerində qaldı.Onun nəticələri baxımından tərəflər Qərbin patronajlığı altında davam edərlərsə, heç nə dəyişmir.
Rusiya eyni zamanda Paşınyana təzyiq alətləri əldə etdi. İndi qaşqınlar gəlir, orda siyasi qarşıdırma var.Paşınyana müxalif olan revanşistləri dəstəkləməklə,Paşınyana təzyiq edir.Paşınyanı devirmək istəyən qüvvələr isə, bəyan edirlər ki, biz hakimiyyətə gələn kimi Praqa razılaşmasından imtina edəcəyik.Praqa razılaşmasında isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.Ona görə deyirəm ki,taktiki baxımdan əgər Paşınyan hakimiyyətdə qalarsa, bu Qərbin maraqlarına da cavab verir.
Söhbətləşdi: Məhərrəm Göyüşoğlu
Davamı var…